Hər gün oxuduğumuz xəbərlərin arasında avtomobil qəzaları haqda xəbərlərin olduğunu görürük. Bu xəbərlər bizim üçün ya adi hal alıb, ya da həyatımızın bir hissəsinə çevrilib.
Avropa.info xəbər verir ki, aparılan araşdırmalar avtomobil qəzalarının yarısından çoxunun sürət həddinin düzgün seçilməməsi ucbatından baş verdiyini göstərir.
Saatda 200 km sürətlə hərəkət edən avtomobilin toqquşma anını müşahidə etmək üçün xüsusi təcrübə aparılıb və həmin təcrübə lentə alınıb.
Aparılan həmin təcrübənin video görüntüsünü sizə təqdim edirik: