QOÇ – Göy qübbəsi gün ərzində sizi bir neçə dəfə sınaqdan keçirməyə çalışacaq. Buna hazır olun və hər hansı məişət problemini özünüzə dərd etməyin. Şəxsi işlərinizdə dönüş yaranmaqdadır.
BUĞA – Böyük dəyişikliklər astanasındasınız. Hətta lazımi məqamda düzgün qərar çıxarsanız, ayın sonuna qədər ovqatınız xoş olacaq. Tərəddüd etdiyiniz məsələləri isə təxirə salmalısınız.
ƏKİZLƏR – Özünüzü nə qədər təmkinli aparsanız, işləriniz də bir o qədər uğurlu gedəcək. Hansısa xırdaçılığa görə hisslərinizi kəndara çıxarmayın. Axşama yaxın maraqlı hadisələr gözlənilir.
XƏRÇƏNG – Astroloji göstəricilər potensial imkanlarınızın genişlənəcəyini göstərir. Əgər gücünüzə inanırsınızsa, boş dayanmağa lüzum yoxdur. Axşam rəqiblərinizdən təhlükə gözlənilir.
ŞİR – Adi bir gün yaşayacaqsınız. Hansısa böyük bir iş görəcəyiniz və ya qanqaraçılığı ilə rastlaşacağınız ağlabatan deyil. Bu gün riskdən, eləcə də yeni sövdələşmələrdən uzaq olmalısınız.
QIZ – Ulduzların düzümü maddi çətinliklərinizdən xəbər verir. Çalışın ki, büdcənizdə olan vəsaiti boş məsrəflərə xərcləməyəsiniz. Ailə üzvlərinizin problemlərinə laqeyd yanaşmayın.
TƏRƏZİ – Kosmik gərginlik sizi müşayiət etsə də, çılğınlıq etməsəniz, günü sakit tərzdə başa vuracaqsınız. Nahardan sonra sizi səbəbsiz münaqişələrə cəlb etmək istəyəcəklər.
ƏQRƏB – Yeni əlaqələr qurmaq istəyirsinizsə, bu tarixdən maksimum yararlanmağa çalışın. Nüfuzlu adamların köməyindən istifadə edin. Gəlişixoş sözlər işlətməyin. Onsuz da buna heç kim inanmayacaq.
OXATAN – Olduqca səmərəli bir təqvim yaşayacaqsınız. Cərəyan edən proseslər bütünlüklə zövqünüzə uyğun olacaq. Amma daxili orqanlarınızı da qorumalısınız. Ağır fiziki işlərə ara verin.
OĞLAQ – Nahara qədər mənfi yüklü Ay bürcünüzə girdiyi üçün həmkarlarınızla, yaxınlarınızla mübahisələriniz mümkündür. Bu səbəbdən deyilən müddətdə daxili sabitliyinizi qorumalısınız.
SUTÖKƏN – Nə qədər güclü olsanız da, təkbaşına hansısa vəzifənin öhdəsindən gələcəyinizi düşünməyin. Çünki sizə dəstək verən olmasa, uğurlu olaylardan uzaq düşəcəksiniz. Bəxtinizdə pul var.
BALIQLAR – Qarşınızda duran bu maraqlı təqvim bürcünüz üçün ən perspektivli ana çevriləcək. Sizə qarşı hiyləgər mövqedə duranlara əl-qol açmağa macal verməyin. Lazımi məqamlarda sərtlik də göstərin.