Müsavat Partiyası Məclisinin üzvü Saday Hacılı həbs olunub.
Arqument.az xəbər verir ki, bu barədə Müsavat Partiyasının üzvü İlqar Babayev məlumat verib.
O, “Facebook”da yazıb ki, Saday Hacılı hazırda polis şöbəsindədir: “Müsavat Məclisinin üzvü Saday Hacılı bu gün tezdən yaşadığı Şirvan şəhərində aldadılaraq Polis İdarəsinə çağırılıb və həbs olunub. Hazırda telefon nömrəsinə zəng çatmır. Şirvan Polis İdarəsindən məlumat almaq heç cür mümkün deyil. Yaxın vaxtlarda bəyin məhkəməyə aparılacağı gözlənilir”.
Şirvan müsavatçılarının Arqument.az-a verdiyi məlumata görə, Saday Hacılı məhkəməyə aparılıb və o, polisə müqavimət göstərmək maddəsi ilə ittiham olunub. Məhkəmə onun barəsində 20 sutkalıq həbs qərarı çıxarıb.