Ukraynanın Karpatyanı universitetinin müəllimi Dmitri Romanyuk İvano-Frankovsk vilayət administrasiyasının Avropaya inteqrasiya və turizmin inkişafı departamentinin müdiri təyin olunub. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Dmitri Romanyuk daha çox 2004-cü ildə, hələ tələbə olarkən prezident Viktor Yanukoviçə yumurta atması ilə məşhurdur. Həmin insident zamanı prezident xəstəxanaya yerləşdirilmişdi.
Sonradan Viktor Yanukoviçin mətbuat xidməti Dmitri Romayukun prezidentə yumurta ilə yanaşı, ağır metal alət də atdığını iddia etmişdi. Amma bunu sübut edəcək heç bir fakt ortaya qoya bilməmişdilər.