Adamuku özünü 12-ci mərtəbədən atıb.
Böyük Britaniya vətəndaşı Elizabet Adamukunun intiharının təfərrüatları məlum olub.
Vesti.Az saytına verilən məlumata görə, qadın özünü asmayıb, o, K.Rəhimov küçəsindəki №12 А yaşayış binasının 12-ci mərtəbəsindən özünü atıb.
İntiharın səbəblərinə gəldikdə isə, ilkin istintaq zamanı ingilis qadının intiharı şəxsi problemlərə görə etdiyi məlum olub. Elizabetin Almaniya vətəndaşı, Port-Baku şirkətinin işçisi olan həyat yoldaşı hamilə olan arvadının körpəsini düşürdüyünü deyib.
Onun sözlərinə görə, bu, uzun illər boyu gözlənilən körpə idi. Qadın bətnindəki körpəsinin tələf olmasına dözə bilməyib və dərddən intihar edib.
http://s017.radikal.ru/i413/1508/bd/c8d6bdf94b53.jpg
http://s013.radikal.ru/i322/1508/1e/8626140db5a4.jpg