Sankt-Peterburqun “Apraksin dvor” bazarında azərbaycanlılar arasında baş vermiş davada bir nəfər ölüb, iki nəfər yaralanıb.
Virtualaz.org Rusiya KİV-nə istinadla xəbər verir ki, dava dünən saat təxminən 15:30-da 43 saylı binanın yaxınlığında olub.
Davada 32, 28 və 31 yaşlı üç nəfər bıçaq yaraları alıb.
Bıçaq yarası almış bir nəfər təcili tibbi yardım maşınında xəstəxanaya gedən yolda dünyasını dəyişib. Digərləri isə bıçaq yaraları ilə Marinsk xəstəxanasına yerləşdirilib.
Faktla bağlı İstintaq Komitəsi RF Cinayət Məcəlləsinin 105-ci maddəsi (qətl) ilə cinayət işi açıb.