Kənd sakinləri gülləyə tutuldu.
İnternetdə erməni işğalçılarının Qazaxın Ermənistanla sərhəddə yerləşən Məzəm kəndini atəşə tutduğunu əks etdirən kadrlar yayılıb.
Həmin görüntüləri Azadlıq radiosuna ünvanlayan və adının çəkilməsini istəməyən kənd sakinin sözlərinə görə, sentyabrın 3-ə keçən gecə kənd Ermənistan silahı qüvvələri tərəfindən atəşə tutulub.
Hadisə zamanı xəsarət alan olmayıb.