Bakıda bu dəqiqələrdə metronun “28 May” stansiyasında faciə baş verib.
Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, 18-20 yaşında bir oğlan qatar reysinin üstünə düşüb. Hazırda stansiyada qatarların hərəkəti dayandırılıb.
Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev məsələ ilə bağlı “Qafqazinfo”ya faktı təsdiqləyib. Bildirib ki, hazırda stansiyada qatarın hərəkəti dayandırılıb: “Amma hadisənin təfərrüartlarını bilmirəm. Hazırda hadisə yerinə gedirəm. Onun qəsdənmi özünü atdığı, yoxsa ehtiyatsızlıqdan düşdüyü barədə məlumatım yoxdur”.
Hadisə şahidləri bildirib ki, oğlan intihar məqsədi ilə özünü qatarın altına atıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.