Kürdəmir rayonunda dəhşətli qətl törədilib.
Rayon Prokurorluğundan hadisə rayonun Ərəbqubalı kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü İzzət Babayevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Ərəbqubalıkənd sakini, 14 yaşlı Babayev İzzət Münasib oğlunun meyiti dünən axşam saatlarında su kanalının yaxınlığında tapılıb. İlkin müayinə nəticəsində yeniyetmənin ağzına dəsmal basılaraq öldürülməsi müəyyən edilib.