İstanbulda PKK terroru əleyhinə təşkil edilən etiraz aksiyaları zamanı qeyri-adi hadisə baş verib.
Axşam.az-ın “Haberler”ə istinadən məlumatına görə, HDP-yə verdiyi dəstəyə görə aktrisa Beren Saata da etiraz edənlər “Aşk-ı Memnu” serialının çəkildiyi Vehbi Koç sarayının qarşısına toplaşıblar. Serialda adı “Ziyagil köşkü” kimi qeyd edilən malikənin önündə “Beren Saatın inadına terrora yox mitinqi” keçirilib.
Qeyd edək ki, aktrisa 7 iyun seçkilərindən əvvəl sosial şəbəkədə HDP-ni dəstəkləyən mesajlar yazmış və o, terrora dəstək olmaqda ittiham edilmişdi. Hətta Berenin ölkəni tərk etməsi belə istənilmişdi.