Son məlumatlara əsasən, 184 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb, 238 nəfər xasarət alıb.
Bu barədə Səudiyyə Ərəbistanı Mülki müdafiə nazirliyinin son açıqlamasında bildirilir.
Bundan əvvəl 87 nəfərin öldüyü, 184 nəfərin xəsarət aldığı bildirilirdi.
Hadisənin başvermə səbəblərinə dair rəsmi açıqlama hələ ki, verilməyib. Yerli KİV-lər hadisəyə səbəb kimi güclü külək və yağıntılı havanı göstərirlər.