“Gələn oyunlarda daha yüksək nəticələrə nail oalacağıq”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup turnirinin 1-ci mərhələsində İngiltərənin “Tottenhem” komandasına 1:3 hesabı ilə məğlubiyyətdən sonra öz təəssüratları ilə bölüşüb.
“Uduzmaq istəmirdim, amma “Tottenhem” həqiqətən yaxşı komandadır, –Oxu.Az Qurbanovun sözlərindən sitat gətirir. – Biz bağışlanılmaz səhvlərə yol verdik. Uduzduqda hesabı bərabərləşdirmək istədik, amma alınmadı.
Bu bizim qrupda ilk oyunumuz idi. Məğlubiyyətə baxmayaraq, öz komandama inanıram. Gələn oyunlarda daha yüksək nəticələrə nail olacağıq”.