Prodüser Tamilla (Toma) müğənni Ramal İsrafilovla çalışması xəbərlərinə aydınlıq gətirib.
Axşam.az-a açıqlama verən Tamilla bunu təkzib edib:
“Ramalla bir layihəmiz var, onunla bağlı birgə işləyəcəyik. Amma mən onun prodüseri deyiləm. Ramaldan təklif gəlib. Layihə gerçəkləşəndən sonra birlikdə çalışıb, çalışmayacağımıza qərar verəcəm. Ümumiyyətlə, Günaydan (müğənni Günay İbrahimli – red.) ayrıldığım gecədən təkliflər gəlir. Aralarında tanınmış ifaçılar da, tanınmamışları da var. Bu dəfə təkliflərə tək qərar verməyəcəm, ətrafımdakılarla məsləhətləşəcəm. Mən bir insanla qısa işləməyi xoşlamıram. Uzunmüddətli işbirliyinin tərəfdarıyam. Bir xanım, bir də kişi ifaçı ilə çalışmaq istəyirəm”.
Toma müğənnilərin etibarsızlıqlarından da danışıb:
“Nadir halda kimsə normal insan olaraq qalır. Ulduz həyatı insanları dəyişir. Hamı onları tanıyır, istər-istəməz ulduzlaşırlar. Məndə də bəzən səhvlər olub. Amma bu dəfə çalışdığım insanla başqa cür münasibət quracam. Yalnız onun iş prosesində yer alacam. Lap yaxınıma buraxmayacam. Biz Günayla 9 ay bir evdə yaşadıq. İşlə bağlı problemlərimiz olmayıb, nə deyirdimsə, tabe olurdu. Sadəcə, arada şəxsi söhbətlər oldu, elə yerə çatdı ki, işbirliyinə son qoyduq. Gərək dost münasibəti yox, iş prosesi qurasan”.
Qeyd edək ki, Toma müğənni Elton Hüseynəliyevin keçmiş həyat yoldaşıdır.
http://s010.radikal.ru/i312/1509/c5/30e942bce39c.jpg
http://s014.radikal.ru/i326/1509/b7/4f62a8d0384e.jpg
http://s019.radikal.ru/i644/1509/83/0d6e7a2b13e1.jpg
http://s011.radikal.ru/i318/1509/59/56da4c76a290.jpg