Tərtər rayonunun Köçərli kəndində yaşayan Əzizə Zeynalovanın həyətində, nəvəsi Fərid Zeynalov münaqişə zəminində qeyri-rəsmi nikah münasibətlərində olduğu Ağdam rayon sakini Tofiqə Qurbanovanı boğub. Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Fərid Zeynalov tutulub.
Tərtər Rayon Prokurorluğundan bildirilib ki, istintaqa məlum olan ilkin məlumatlara görə, F.Zeynalov ailəli olub və qaçırdığı T.Qurbanovanı birinci həyat yoldaşı ilə yaşadığı evə gətirib.
Onlar bir yerdə yaşayıblar. Daha sonra isə qadınlar arasında mübahisə düşüb. Mübahisə davaya çevrilib. Bu zaman F.Qurbanov qaçırdığı qızı boğaraq öldürüb.
Mərhumun anası: “Gördük ki, səs-küy başlayıb, qız tərəfi tökülüb gəlib. Ana qışqırıb, mübahisə başlayıb. Oğlan qızı arxa bağçaya keçirib ki, görməsinlər onu. Səhər tezdən 9-da eşitdim ki, qızımı öldürüblər”.
Faktla bağlı araşdırma aparılır (RegionTV).