Son dövrdə aktyor Bredli Kuper ilə yaşadığı eşqlə gündəmdə olan model İrina Şeykin “Vogue” jurnalı üçün hazırladığı və “Instagram”da paylaşdığı video müzakirələrə səbəb olub.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı rus modelin boks əlcəkləri ilə striptiz etdiyi görüntülər qısa müddətdə 75 min insan tərəfindən bəyənilib.
Qeyd edək ki, Şeyk sonuncu dəfə “DSECTİON” jurnalı üçün çəkdirdiyi çılpaq fotolara görə tənqid olunmuşdu.