Aşıq Samirə Əliyeva fotokameramız qarşısına keçərək, yeni şəkillər çəkdirib.
Axşam.az-ın məlumatına görə, sənətçi imicində dəyişiklik etmək istədiyini bildirib:
“Yavaş-yavaş imicimi dəyişirəm. Hazırki stilim üzərində özüm çalışmışam. Efirə çıxmadığım üçün sadə bir geyim seçmişəm. Saçımı bir neçə dəfə açıq qəhvəyi rəngə boyamışam. Amma nədənsə ona öyrəşə bilmirdim. Yenə qayıtdım qara saçlarıma. Buna görə də onları boyamağı düşünmürəm. Amma düzümdə dəyişiklik etdirəcəm”.
S.Əliyeva kompleksindən də danışıb:
“Əvvəl ürəkdən gülə bilmirdim. Dişlərimə qarşı kompleksim var idi. Diş ətimin kəsim əməliyyatını etdirmişəm və nəticədən də razıyam. Başqa bir plastik müdaxiləyə ehtiyacım yoxdur”.