Təfəkkür Universitetinin Kiyev filialının rektoru Riyad Əliyev Almaniyada saxlanıb.
AzNews.az xəbər verir ki, bu barədə R. Əliyevin təsisçisi olduğu saytın işçiləri “Facebook” sosial şəbəkəsində məlumat yayıblar.
Onlar bildiriblər ki, R.Əliyev bu gün İnterpolun əməkdaşları tərəfindən öz ofisində saxlanılıb və Almaniyanın Nürnberq həbsxanasına aparılıb.
Qeyd edək ki, R. Əliyev bu ilin may ayında Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib. 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir.