Türkiyənin Hərbi Hava Qüvvələrinə aid qırıcı təyyarələrin İraqın şimalındakı Metina bölgəsində sentyabrın 26-27-si tarixlərində həyata keçirdiyi əməliyyatların video görüntüləri ortaya çıxıb.
Avropa.info xəbər verir ki, təhlükəsizlik qüvvələrinin əldə etdiyi kəşfiyyat məlumatları əsasında terrorçuların Metinadakı mühüm sığınacaqları bombardman olunub.
Terrorçulara aid olan 7 ayrı nöqtədəki sığınacaq və silah anbarlarını məhv etmək məqsədilə Hərbi Hava Qüvvələrinin 26-27 sentyabr tarixlərində həyata keçirdikləri əməliyyatlarda 6 F-16 və 2 F-4 2020 döyüş təyyarəsi iştirak etmişdi.
Hədəflərin ballistik raketlərlə məhv edildiyi əməliyyatlara aid görüntülərdə sığınacaq, və silah anbarlarının necə zərərsizləşdirildiyi qeydə alınıb.
Həmin kadrları sizə təqdim edirik: