Rusiyanın Xəzər Dəniz Donanmasının 4 gəmisi bu gün səhər saatlarında Suriyadakı İŞİD yaraqlılarının mövqelərinə 26 raket zərbəsi endirib. Bütün hədəflər məhv edilib. Mülki əhali arasında tələfat yoxdur.
Virtualaz.org saytı “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə görüşü zamanı məlumat verib.
“Yaraqlıları məhv etmək üçün aviasiya ilə yanaşı bu gün Xəzər donanmasının gəmiləri də əməliyyata cəlb olunub. 4 raket kreyseri 11 hədəfə qanadlı raketlərdən 26 zərbə endirib. Bu zərbələrin nəticələri daha uzaq məsafələrə – təxminən 1500 kilometr məsafəyə hesablanan raketlərin effektivliyini bir daha göstərdi” – deyə Sergey Şoyqu “Rossiya-1” telekanalının efirindən bildirib.
Nazir bu raket zərbələri zamanı mülki əhalinin və obyektlərin zərər çəkmədiyini bir daha vurğulayıb.