Model Minarə Allahverdiyeva karyerasını bitirib.
Bu haqda Axşam.az-a Minarə özü məlumat verib. O, bundan sonra özünü başqa peşədə sınayacağını bildirib:
“Modellik hobbim idi. Təkliflər gələndə bəyəndiyimi seçir, razılaşırdım. İndi isə modellikdən gedirəm. Təklif gəlsə, film və ya seriala çəkilərəm. O da gərək çox bəyəndiyim ssenari olsun. İndi öz işimlə və övladlarımla məşğulam. Həm də özüm üçün yeni iş qururam. Bu hamıya maraqlı və gərəkli bir sahə olacaq”.
Qeyd edək ki, M.Allahverdiyeva həyat yoldaşı prodüser Cenk İçtənlə ayrılıb. Modelin bu evlilikdən bir, ilk ailəsindən də bir qızı var.