Sosial şəbəkələrdə yeni istifadəyə verilmiş avtobuslarla bağlı foto paylaşılıb.
BAKU.WS-in məlumatına görə, sərnişinlərdən biri avtobusda daha rahat formada əyləşib. Ayağını digər oturacağa uzadaraq əyləşən xanım bir növ istirahət edib. Ancaq sərnişinin bu addımı sosial şəbəkədə birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri qadının bu addımını yolverilməz adlandırıb.
Qeyd edək ki, bundan bir qədər əvvəl Bakı metrosunda qız iti ilə skamyada oturaraq yaşlı kişiyə yer verməmişdi. Bu foto da sosial şəbəkələrdə ciddi müzakirə olunmuşdu.
Bəzi istifadəçilərin sərnişinin bu hərəkəti ilə bağlı tənqidlərini təqdim edirik:
http://i081.radikal.ru/1510/1b/eb5d30002634.jpg
http://s019.radikal.ru/i637/1510/76/9f5c3dde77c6.jpg