“Azərbaycanla oyun bizim üçün çox əhəmiyyətlidir. Qazanacağımız qələbə bizi Avropa çempionatının final mərhələsinə bir addım da yaxınlaşdıracaq”.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu sözləri İtaliya millisinin futbolçusu Stefan El Şaaravi “Avro-2016″nın seçmə mərhələsində millimizlə oyun öncəsi deyib.
O, qarşılaşmanın əvvəlindən diqqətli olmalı olduqlarını vurğulayıb:
“Bunu bacarsaq, üç xalı qazanacağımızdan əminəm”.
Stefan El-Şaaravi hücum xəttində oynayan güclü futbolçulara sahib olduqlarını bildirib:
“Onlar öz klublarında yaxşı çıxış edirlər. Hesab edirəm ki, bir çox üstün keyfiyyətimiz var və bu, bizim şansımızı artırır. Daha da yaxşı olmaq üçün çalışırıq”.