İsveç yığmasının hücumçusu Zlatan İbrahimoviç komandasının “Avro-2016″nın seçmə mərhələsindəki son oyunları haqda danışıb.
Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyaya və Avstriyaya uduzduqları üçün tənqid olunmalarına münasibət bildiriən İbrahimoviç deyib:
“Həmin oyunlardan sonra tənqidlərə məruz qaldıq. İnsanlar bizi tənqid etməkdə haqlı idilər. Biz peşəkar futbolçularıq. İstənilən məğlubiyyətdən, hətta bəzən qələbədən sonra da oyunumdan narazı qalıram. Son iki oyunda çox pis oynadıq. Hər zaman oyundan maksimum zövq almağa çalışıram. Düşünürəm ki, bunu bütün komanda haqda deyə bilərəm”.
Qeyd edək ki, səfərdə Rusiyaya 0:1 hesabı ilə uduzan İsveç millisi 3 gün sonra evdə Avstriyaya da məğlub olub – 1:4.