Filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiqin ssenarisi əsasında Mili Qəhrəman Mübariz İbrahimov haqqında Azərbaycanın ilk cizgi-romanı hazırlanır. Cizgi-romanın rəssamı Vasif Səftərovdur.
Axşam.az xəbər verir ki, müəllif Azərtac-a bildirib ki, cizgi filminin çəkilməsində əsas məqsəd gələcəyimiz olan uşaqların Vətənə, torpağa, milli mənəvi dəyərlərimizə hörmət ruhunda böyüməsi, onların qəhrəmanlarımızı tanımasıdır.
Yaxın vaxtlarda oxuculara və tamaşaçılara təqdim olunacaq cizgi-romanın üzərində son tamamlama işləri aparılır.
http://s018.radikal.ru/i523/1510/bf/8b7a254fb45b.jpg
http://s011.radikal.ru/i317/1510/69/de5e21495724.jpg