“Türkiyə futbol yığmasının qalibiyyəti Türk dünyasında da böyük sevinclə qarşılanıb”.
Musavat.com xəbər verir ki, millət vəkili Qənirə Paşayevanın facebook sosial şəbəkəsindən yayımladığı bu mesaj Türkiyə mətbuatında yer alıb.
Türkiyə mətbuatı Qənirə Paşayevanın bölüşdüyü mesajı və fotonu “Azərbaycanlı millət vəkilindən milli komandaya və Fatih Terimə təbrik mesajı” başlığı ilə paylaşıb.
Qeyd edək ki, Qənirə Paşayeva öz facebook hesabından Türkiyə yığmasının baş məşqçisi Fatih Terim və onun həyat yoldaşı Fulya Terimlə çəkdirdiyi fotonu da paylaşaraq, onları qalibiyyət münasibətilə təbrik edib.