“Eşkıya Dünyaya Hükümdar Olmaz” serialının ulduzları Deniz Çakır və Oktay Kaynarcanın fotosu qısa müddətm ərzində çoxlu insan tərəfindən bəyənilərək rekord qırıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, ATV-nin reytinqlərin üst pilləsinə çıxan serialının qəhrəmanlarının sosial media hesabları da izləyicilərin diqqət mərkəzindədir.
Dünən D.Çakır tərəf müqabili O.Kaynarca ilə fotosunu paylaşaraq yazıb:
“Nəyə necə baxsan, o da sənə belə baxar. Biz həyata gözəl baxırıq, ümidlə”.