Vəzifəsindən azad olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumlarının da işində yoxlama aparılır.
Musavat.com-a daxil olan məlumata görə, artıq sabiq nazirin yaxın qohumu olan Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynov saxlanılıb.
Əldə olunan məlumata görə, Eldar Mahmudov qohumu Beytulla Hüseynovun əli ilə ölkədə telefon danışıqlarını rahat şəkildə dinləyə bilirmiş. Bu kimi səbəblərə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları bu gün təxminən saat 18:00 radələrində Beytulla Hüseynovu saxlayıblar. Onun tutduğu vəzifəsindən azad ediləcəyi gözlənilir.