Suriya prezidenti Bəşşar Əsəd dünən axşam Moskvaya səfər edərək Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşüb.
FaktXəbər-in verdiyi məlumata görə, bu barədə RF prezidentinin sözcüsü Dmitriy Peskov deyib.
«Dünən axşam SƏR prezidenti Bəşşar Əsəd Moskvaya işgüzar səfər edib. Rusiya prezidenti Vladimir Putinlə məhdud və geniş tərkibdə danışıqlar aparılıb», – deyə Peskov bildirib.
Peskovun sözlərinə görə, geniş heyətlə danışıqlarda RF ali rəhbərliyinin üzvləri iştirak ediblər. «Söhbətlər kifayət qədər uzun, mövzu isə aydın idi», – deyə o, vurğulayıb.
«Məsələlər, təbii ki, ekstremist terror qruplaşmaları və Rusiya qüvvələrinin Suriya Silahlı Qüvvələrinə dəstək üçün əməliyyatlarının davamı barədə idi. Prezident Suriyadakı vəziyyət və perspektiv planlar, həmçinin ikitərəfli əlaqələr barədə ətraflı məlumatlandırılıb» – deyə Peskov bildirib.
https://youtu.be/wthvm8OF_fQ