«Prado» svetoforun qırmızı işığında hərəkət edir və «06»nı vurub yolun kənarına sıxır.
Bakıda «Toyota-Prado» və «VAZ-2106» markalı avtomobillərin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az-ın məlumatına görə, qəza yolayrıcında – yol polisi əməkdaşlarının gözü qarşısında baş verib. Daxili İşlər Nazirliyinin «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan görüntülərdən məlum olur ki, «Prado» svetoforun qırmızı işığında hərəkət edir və qəflətən öz yolu ilə hərəkətdə olan «06»nı vurub yolun kənarına sıxır.
Həmin görüntüləri təqdim edirik: