İlk tanıtım videosu keçən il yayılan “Möhtəşəm yüz il: Kösəm Sultan”ın ilk efir günü bəlli olub.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, noyabrın 12-də cümə axşamı ilk seriyası nümayiş olunacaq serial illərdir zirvədə olan “Kurtlar Vadisi Pusu” ilə üz-üzə gələcək. İndiyə qədər 12 ildir həftənin eyni günündə tamaşaçıların görüşünə gələn serial reytinqlərdə ilk pilləyə oturaraq onunla eyni saatda olan bütün veriliş və serialları sıradan çıxarmağı bacarıb.
Tənqidçilərin fikrincə, “Kösəm Sultan”ın yaradıcılarının belə bir risk alması isə onun yetərincə iddialı olmasını bir daha nümayiş etdirib.
Qeyd edək ki, “Möhtəşəm yüz il”in davamı olaraq nəzərdə tutulan layihədə boyunbağı və tacların birlyantdan hazırlandığı iddiaları irəli sürülüb. Lakin Mücella Mertin dizaynları əsasında hazırlanan zinət əşyalarının “Swarovski” olduğu məlum olub. Safiye Sultanı canlandıran Hülya Avşarın başındakı tacda isə 3 min daş istifadə edilib, ümumi qiyməti 10 min lirədir (təxminən 4 min manat).
Serialın yeni videoları da yayılıb.