Mədəniyyət və Turizm nazri Əbülfəs Qarayevin ona şeir həsr edən şair Vaqif Bəhmənliyə töhmət verməsi ilə bağlı məlumat vermişdik.
Bildirmişdik ki, şairin 5-6 ay əvvəl yazdığı şeir nazirin xoşuna gəlmədiyindən o, “Hamıya yaxşılıq” adlı sözügedən şeirin haradasa dərc olunmasına qadağa qoyub. Lakin qadağa məhəl qoymayan V.Bəhmənli şeiri “525-ci qəzet”də dərc etdirməsi ilə naziri qəzəbləndirib və buna görə töhmət alıb.
Bundan sonra müxtəlif saytlarda və sosial şəbəkələrdə geniş müzakirə edilən şeirə müxtəlif səpkili münasibət bildirilib. Bu gün isə “Hamıya yaxşılıq” şeirinin səsli versiyası yayılıb.
Şeir qiraətçi Səbuhi Zamanın ifasında səsləndirilib.
AzNews.az S.Zamanın ifasında “Hamıya yaxşlıq” şerini təqdim edir: