Azərbaycanda sahibkar atasının qəbri üstündə özünü güllələyib. İntihar hadisəsi Ağdaş rayonunun Güvə kəndində baş verib. Belə ki, kənd sakini, 1965-ci il təvəllüdlü Mirələm Davud oğlu İsmayılov kənd qəbirstanlığında atasının məzarı başında özünü güllələyib. Təklüləli ov tüfəngi mərhumun özünə məxsus olub. Qeyd edək ki, M.İsmayılov iki uşaq atası olub. O, biyan kökü toplamaq biznesilə məşğul olurmuş. Faktla bağlı araşdırma aparılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.