Sosial şəbəkələrdə ilkin informasiyalara əsasən, Rusiyanın Airbus -321 sərnişin təyyarəsinin Misir ərazisində, Sanay yarımadası üzərində qəzaya uğramasını əks etdirən kadrlar yayılıb.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, çox da təmiz olmayan kadrlarda qatı tüstü buraxan uçağın yerə düşməsi əks olunub.
Rusiya Müdafiə Nazirliyinə məxsus “Zvezda” telekanalının məlumatlarına görə, hazırda kadrların nə qədər həqiqi olduğu ekspertlər tərəfindən yoxlanılır.
Şarm əl-Şeyxdən (Misir) Sankt-Peterburqa uçan Rusiya sərnişin təyyarəsi ilə əlaqə havaya qalxandan 23 dəqiqə sonra itib. Bundan bir neçə dəqiqə sonra isə o, yarımadadakı əl-Arişa yaşayış məntəqəsinin cənubunda yerə çırpılıb. Təyyarədəki 224 nəfərin hamısı həlak olub.