ABŞ-ın Atlanta Universitetində siçanlar üzərində 2 mərhələdə aparılan təcrübələr həyata keçirilib.
Işgın (bizim dildə- Çaşır) adlandırılan bitkinin tərkibində olan parietin adlı qırmızı piqmentlər xərçəng hüceyrələrinə yeridilib. Təkcə 2 gün ərzində xərçəng hüceyrələrinin yarısının öldüyü məlum olub. Piqmentin modifikasiya edilmiş bir növünün də şişlərin inkişafını azaltdığı müəyyən olunub. Araşdırmanın nəticəsi xərçəng xəstəliyinə qarşı yeni effektiv dərmanın yaradılmaına imkan verəcək.