Xalq artisti Bilal Əliyev ingilis dilində danışıb.
Axşam.az-ın məlumatına görə, müğənni “ATV Maqazin” verilişində dünya şou-biznesinə qatıldığını bildirib:
“15 ingilis dilində mahnı hazırlayıram. Tezliklə Londona gedirəm. İngilis dilində kursa qatılacam. Mən toylara 1 milyon dollara gedirəm. Bu məbləği ödəsələr toya gedəcəm, ödəməsələr qalacam. Özümə və sənətimə qiymət verirəm. Hər konsertdə musiqiçilərimin geyimləri dəyişir. Bu xaricdəki prodüserimin təklifidir. Bütün işçilərin pulunu ödəyirik, qalan məbləği aramızda yarı bölürük”.