Azərbaycanda internetin kəsilməsinin səbəbi “Delta Telecom” telekommunikasiya provayderinin xətlərində baş vermiş güclü yanğındır.
Bu barədə virtualaz.org saytına Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat veriblər.
Xəbərə görə, FHN yanğını artıq söndürüb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisləri yanğının nəticələrinin aradan qaldırılması ilə məşğuldur.
“Bir neçə saatdan sonra internet olacaq” – deyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.