Bu gün saat 16 radələrində Azərbaycanda İnternet rabitəsi əvvəlcə kəsilib, sonra isə məhdud bir şəkildə bərpa edilib.
Bu səbəbdən elektron media kateqoriyasına daxil olan yüzlərlə saytın onlayn qaydada işi iflic olub: yeni xəbərlərin sayta yerləşdirilməsi dayanıb, beynəlxalq media qurumlarından operativ xəbərlərin izlənməsi kəsilib. Bundan başqa, ölkələraarası yazışmalar aparmaq mümkün olmayıvb, yüz minlərlə insanın internet üzərindən qurduqları ünsiyyət məhdudlaşıb.
Əldə olunan məlumata görə, internetin kəsilməsinə səbəb Azərbaycana internet verən DELTA Telecom-un datacenter-ində baş verən yanğındır. Server otağında olan yanğına görə bu problem yaranıb. Bu barədə hadisə yerində olan yanğınsöndürənlər məlumat verib.
Qeyd olunur ki, yanan serverlərin təzələnməsi bir neçə gün çəkəcək. Ehtimal var ki, bir neçə gün Azərbaycan ərazisində internet zəif və çox zəif olacaq.
Hələlik heç bir rəsmi məlumat yaymayıblar.
Musavat.com