Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Aytac Babayevanı öldürməkdə təqsirləndirilən Gürcüstan vətəndaşı İzzət Hüseynovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Məhkəmənin növbəti prosesi noyabrın 20-də keçiriləcək.
Qeyd edək ki, bu il aprel ayının 29-da Nizami rayonunun Bəhruz Nuriyev küçəsində İzzət Hüseynov sevdiyi qızı – 58 saylı orta məktəbin 11-ci sinif şagirdi, 1998-ci il təvəllüdlü Aytac Babayevanı qətlə yetirib. Hadisə sevgililər arasında yaranan şəxsi münaqişə zəminində baş verib.