Müdafiə Nazirliyində kadr dəyişikliyi olub.
Hərbi mənbələrdən musavat.com-a daxil olan məlumata görə, rotasiya qaydasında Şəmkir korpusunun komandiri Rövşən Əkbərov Bakı korpusuna, bu korpusun komandiri Xəqani Cəbrayılov Şəmkir korpusuna, Mayis Məmmədov isə Beyləqan korpusuna komandir təyin olunublar.
Qeyd edək ki, Rövşən Əkbərov əvvəllər də Bakı korpusunun komandiri olub.