Mesut Yarın aparıcılıq etdiyi proqramda gözlənilməz anlar baş verib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, aparıcı aktrisa Müjde Uzmana “əsl sənətiniz nədir” deyə soruşunda verilişdə qonaq olan Ceyhun Yılmaz səsini alçaldaraq efir üçün ədəbsiz söz işlədib.
Kameralara düşən o andan sonra C.Yılmaz Tvitterdə üzr istəyərək yazıb:
“Söylədiyim söz üçün üzr istəyirəm. Hər yerdə edə biləcəyimiz bir zarafat efirdə olmamalıydı. Müjde mənim bacımdır”.