Türkiyənin hava məkanını pozan hərbi təyyarə vurulub.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, qırıcı təyyarə Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.
Həmin ərazidə türkmənlər yaşayır. Şahidlər bildiriblər ki, qəzaya uğrayan təyyarə Yamadi kəndində suriyalı qaçqınların yaşadığı çadır düşərgəsinə düşüb. Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.
Hələlik hərbi təyyarənin hansı ölkəyə məxsus olduğu bəlli deyil.