Rusiyanın Su-24 təyyarəsinin vurulmasıyla Türkiyə ilə uzun illərdir ki, davam edən mehriban qonşuluq münasibətlərinə, o cümlədən iqtisadi və humanitar sferada əlaqələrə son qoyuldu. Bu zərərin əvəzini ödəmək çətin olacaq. FaktXeber.com-un məlumatına görə, bunu Rusiyanın baş naziri Dmitriy Medvedyev bəyan edib.
Xatırladaq ki, çərşənbə axşamı günü Rusiyanın Su-24 təyyarəsi Suriyada vurulub. Rusiya Prezidenti Vladimir Putin təyyarənin Türkyiənin F-16 qırıcıları ilə Suriya torpaqları üzərindən «hava-hava» tipli raketlə vurulduğunu və Türkiyə sərhəddindən 4 km kənara Suriya ərazisinə düşdüyünü bəyan edib. Rusiya prezidenti bu hadisəni «terrorçuların himayədarları tərəfindən arxadan vurulan zərbə» kimi qiymətləndirib.