Türkiyənin TV 8 telekanalında yayımlanan “İşte benim stilim all star” yarışmasında həmyerlimiz Sima Şərafəttonova ilə iştirakçılar arasında qalmaqal yaşanıb.
Axşam.az-ın məlumatına görə, hər kəs Simanın arıqlığını ələ salıb.
Kövrələn iştirakçını hər zaman arıqlığı ilə tənqid olunan aparıcı Öykü Serter müdafiə edib:
“Sosial şəbəkədə uzun müddətdir varıq. Bizi arıqlığımıza görə tənqid edirlər. Bir insanın üzünə “köksən, gombulsan” kimi sözlərin deyilməsi nə qədər eyibdirsə, arıqlığı ələ salmaq da o qədər mədəniyyətsizlikdir”.