Türkiyənin Hatay vilayəti tərəfdən Suriya ərazisində bu gün səhər saatlarında vurulan Su-24 döyüş təyyarəsinə xəbərdarlığın səs yazısı yayılıb.
Avropa.info xəbər verir ki, türk pilotların Rusiya HHQ-nə adi döyüş təyyarələrinə xəbərdarlıq etməsinə dair səs yazısında türk pilotlar hər 30 saniyədə bir xəbərdarlığı təkrarlayır.
Rus təyyarəsinə “Uçuş trayektoriyanızı təcili olaraq cənuba doğru dəyişdirin” deyə təkrar edən türk pilotlar sonda atəş açmaq məcburiyyətində qalıb.
Türk pilotların xəbərdarlıq etməsini Pentaqon rəsmiləri də təsdiqləyib.