Virtualaz.org xəbər verir ki, şəhid olmuş polis əməkdaşlarının ölümündən sonra mükafatlandırılması gözlənilir. Belə ki, DİN əməkdaşları onların yaxınlarına təqdim ediləcək “İgidliyə görə” medallarını da Fəxri Xiyabana gətiriblər.
DİN rəhbərliyinə daxil olan şəxslər, o cümlədən generallar Yaşar Əliyev, Həzi Aslanov, Ramiz Zeynalov, Mirqafar Seyidov, Səhlab Bağırov, habelə baş prokurorun I müavini Rüstəm Usubov və digərləri mərasimdə iştirak edir.
Bu dəqiqələrdə Bakıdakı II Fəxri Xiyabanda dünən Nardaranda radikal dindarlarla toqquşmada qəhrəmancasına şəhid olan polis mayoru Vüqar Nəsibovun və İsmayıl Tağıyevin dəfn mərasimi keçirilir.
Dəfn mərasiminə çoxlu sayda mülki və polis formasında hüquq-mühafizə orqanlarının əməkdaşları qatılıb. Ərazidə güclü polis nəzarəti var.
Müxbirlərimiz bildirirlər ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin Əsgərov və Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov da dəfn mərasimində iştirak edirlər.
Daxili işlər naziri Ramil Usubovun da dəfndə iştirakı gözlənilir.
Onu da deyək ki, şəhid polislərdən 38 yaşlı İsmayıl Tağıyev üç uşaq atası olub. 10 gün əvvəl oğlu dünyaya gəlibmiş.
http://s019.radikal.ru/i618/1511/f2/332f7f79eed4.jpg
http://s019.radikal.ru/i614/1511/0a/e1959e7c2e17.jpg
http://s017.radikal.ru/i437/1511/ef/58cdffea3980.jpg
http://s020.radikal.ru/i706/1511/26/b5d8a7a39297.jpg
http://s011.radikal.ru/i318/1511/6d/4d97fada797c.jpg
http://s018.radikal.ru/i520/1511/60/8e16e0a9758f.jpg
http://s017.radikal.ru/i432/1511/c5/8fa28d82e768.jpg
http://s017.radikal.ru/i436/1511/33/5431145f759f.jpg
http://s019.radikal.ru/i601/1511/82/30f13df804c4.jpg
http://s017.radikal.ru/i434/1511/c9/d14d36f2f315.jpg
http://s019.radikal.ru/i626/1511/4c/91903fda4cce.jpg
http://s018.radikal.ru/i513/1511/86/d00ae407230c.jpg
http://s020.radikal.ru/i705/1511/e8/dda8c37ce505.jpg
http://s019.radikal.ru/i632/1511/5b/753624d77a48.jpg