Rusiyanın prezidentinin Türkiyə ilə bağlı xüsusi iqtisadi məhdudiyyətlərin tətbiq olunması qərarına həsr edilmiş “Politika” proqramında qalmaqal baş verib.
BAKU.WS-in məlumatına görə, müzakirələr zamanı Rusiyanın Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski və erməni əsilli ekspert Qevork Mirzayan arasında mübahisə düşüb.
Jirinovski Mirzoyana üzünü tutaraq bildirib ki, Ermənistana getsin və Moskvada oturub ruslara göstəriş verməsin: “Bizə nə etmək lazım olduğunu bildirməyin. Kim ki, Ermənistanda yaşamır – onlar satqındırlar. Vətənə gedin”.