Azərbaycan prezidenti İlham Əliyevə məxsus Twitter ünvanından (@azpresident) son günlər ölkənin 2015-ci ildəki icmalı ilə bağlı qısa mesajlar yayılıb.
Musavat.com həmin mesajları təqdim edir: “Azərbaycanda 2015-ci il çox yaxşı nəticələrlə başa çatır, 2016-cı ildə də nəzərdə tutulmuş bütün proqramlar icra olunacaq “.
Prezident həmçinin ölkənin iqtisadi vəziyyətindən də yazıb: “Bu gün Azərbaycan iqtisadi inkişaf templərinə görə dünya miqyasında öncüllər sırasındadır”.
“Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində hərtərəfli inkişaf və rifah, cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi məsələləri dayanır.”