Noyabrın 6-da İnzibati Xətalar Məcəlləsinin 301 və 298.2-ci maddələri ilə barəsində 30 sutka inzibati həbs-qətimkan tədbiri seçilmiş Elçin Qasımovun evində axtarış aparılıb.
Virtualaz.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, E. Qasımovun “Müsəlman Birliyi” adlı hərəkatın fəal üzvlərindən biri olması Sabunçu RPİ və Bakı Şəhər Prokurorluğu əməkdaşları tərəfindən müəyyən edilib və onun Maştağa qəsəbəsindəki evinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd “F-1” qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.