Fransız alim Paskal Kott Leanardo da Vinçinin ən məşhur əsəri olan “Mona Liza”nın (“Cokonda”) şəklinin altında daha bir portret aşkarlayıb.
AzNews.az BBC-yə istinadən xəbər verir ki, Paskal şəklin araşdırılması üçün nadir fotoaparatdan istifadə edib və 10 ilini məlumatların analizinə sərf edib.
Alim tərəfindən aparılan yenidənqurma başqa bir portreti göstərir. Burada model kənara baxır, Luvr muzeyindəki kətan üzərində təsvirində olduğu kimi məşhur düz sirrli baxışı yoxdur. Bundan əlavə gizli şəkildə incəsənət xadimlərini 500 ildən çoxdur ki maraqlandıran sirli gülümsəmə də yoxdur.
Məlum olduğu kimi, “Mona Liza” son yarım əsrdə müxtəlif elmi tərcübələrə məruz qalır. Onlardan ən sonuncuları infraqırmızı və çoxspektirli skanlardan istifadə olunaraq üzünün çıxarılmasıdır.
Paskal Kott isə aparatının şəkli daha dərindən öyrənə biləcəyini bildirib: “İndi biz boyanın qatları içərisində dəqiqliklə nə baş verdiyini analiz edə və şəklin qatlarını “çıxara” bilərik. Həmçinin biz şəklin yaradılma xronologiyasını bərpa edə biləcəyik”.
Kottun iddiasına görə “Cokonda” uzun illər ehtimal edildiyi kimi Florensiyada ipək tacirinin arvadı Liza Gherardini deyil, tamamilə başqa qadındır.
Kottun bu açıqlamaları ilə heç də bütün alimlər razılaşmırlar. Lakin onun bu açılışını “əsrin hadisəsi” adlandıranlar da olub.
Qeyd edək ki, Luvr muzeyi Paskal Kottun sözügedən bildirişlərini şərh etməkdən imtina edib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.