Dünya bazarlarında neftin qiymətinin sürətlə ucuzlaşması prosesi davam edir.
Bu barədə AzVision.az `TASS`-a istinadən xəbər verir.
Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında Brent markalı neftin 2016-cı ilin yanvar ayına olan fyuçersinin dəyəri 1,5% azalaraq 39,98 dollara düşüb.
WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti hazırda ötən günlə müqayisədə 2,0% geriləyərək bir barel üçün 36,84 dollar təşkil edib
Qeyd edək ki, `Brent` markalı neft 2009-cu ildən bəri ilk dəfə psixoloji 42 dollar həddindən aşağı düşüb.